Ankara-Bakı Reysində gərgin anlar: AZAL-ın İcarəyə götürdüyü təyyarədə Qəza

media-hightechnic-468x90

Dünən Ankara-Bakı marşrutu üzrə hərəkət etməli olan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus reysdə sərnişinlər çətin anlar yaşayıblar. Uçuşun təxirə salınmasına səbəb təyyarəyə texniki zərər dəyməsi olub.

media-banner_tuq

Yenicag.az hadisə sərnişinlərin təyyarəyə minməsi zamanı baş verib.

Sərnişinlərin təyyarəyə keçidini təmin edən teleskopik nərdivan (və ya xalq arasında tanınan adı ilə “körpü/tunel”) təyyarənin giriş qapısına çırpılıb. Nəticədə qapı qəzalı vəziyyətə düşüb və təyyarənin uçuşu təhlükəsizlik qaydalarına görə qadağan edilib.

Hadisənin ən çox narazılıq doğuran tərəfi isə qeyri-müəyyənlik olub. AZAL-ın Maltadan icarəyə götürdüyütəyyarənin heyəti arasında Azərbaycan dilini bilən personalın olmaması sərnişinlərlə ünsiyyətdə ciddi çətinlik yaradıb. Eyni zamanda, sərnişinlər AZAL-ın Ankara nümayəndəliyindən heç bir rəsmi şəxsin hadisə yerinə gəlməməsindən və hava limanında uzun müddət məlumatsız qalmalarından şikayət ediblər.

Yaranan haqlı etirazlardan sonra uçuş vaxtından təxminən 5-6 saat keçmiş rəsmi açıqlama verilib. Bildirilib ki, sərnişinləri Bakıya gətirmək üçün AZAL-ın yeni təyyarəsi səhər saatlarında Ankaraya göndəriləcək. Gözləyən sərnişinlər Türk Hava Yollarının (THY) dəstəyi ilə mehmanxanalara yerləşdiriliblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05