Ankara valisindən partlayışla bağlı açıqlama

media-hightechnic-468x90

İlkin qiymətləndirməyə görə, səhər 8.45 radələrində Almadağ fabrikimizin dinamit hazırlama hissəsində kimyəvi reaksiya nəticəsində partlayış baş verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri Ankara valisi Vasif Şahin bu gün Ankarada hərbi müəssisədə baş verən partlayış haqda danışarkən deyib.

“Təəssüf ki, orada çalışan 5 işçimiz dünyasını dəyişdi. Allahdan onlara rəhmət diləyirəm. Hazırda hüquq-mühafizə orqanları vəziyyəti araşdırır. Daha dəqiq və geniş məlumat gələndən sonra ətraflı açıqlama verəcəyik. Dağıntılar altında olan hər kəs çıxarılıb”, – Şahin bildirib.

Qeyd edək ki, Ankarada yerləşən maşınqayırma və kimya sənayesi müəssisəsinin raket və partlayıcı istehsal edən zavodunda səhər saatlarında partlayış baş verib. Hadisə nəticəsində 5 işçi həlak olub.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05