Ankarada “Əkinçi” intellektual yarışı keçirildi

media-hightechnic-468x90

Azərbaycan Türkiyə Tələbə Birliyinin (ATTB) təşkilatçılığı, “Xəzər” İntellektual Gənclər Klubu və “Azerbaijan Youth Network”ün tərəfdaşlığı ilə Ankarada Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunmuş “Əkinçi” intellektual yarışı baş tutub.

Yenicag.az xəbər verir ki, “Molla Nəsrəddin”, “Füyuzat”, “İstiqlal”, “İrşad” və “Əkinçi” komandalarının iştirak etdiyi yarışda iştirakçılar Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası və təhsilinə dair sualları cavablandırmağa çalışıblar.

3 mərhələli intellektual yarışın yekun nəticəsinə əsasən, Türkiyədə təhsil alan tələbələr Cavid Zeynalov, Rasim Həsənzadə, Tuqay Əsədli və Xəlil Quliyevin təmsil olunduğu “Molla Nəsrəddin” komandası yarışmanın qalibi olub.

Yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin inkişaf etdirilməsinə, o cümlədən, tariximiz və milli-mənəvi dəyərlərimiz haqqında biliklərinin genişləndirilməsinə imkan yaratmaq, asudə vaxtlarının səmərəli keçməsinə nail olmaqdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600