Ankarada Türkiyənin ən böyük məlumat mərkəzlərindən birinin təməli qoyulacaq

media-hightechnic-468x90

Ankaranın Gölbaşı rayonunda tezliklə “TÜRKSAT” telekommunikasiya nəhənginin ümumi sahəsi 35 min 300 kvadratmetr olan məlumat mərkəzi inşa ediləcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, məlumat emalı mərkəzinin təməlqoyma tarixini (22 iyul – red.) Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu Ankarada elan edib.

O xatırladıb ki, “TÜRKSAT” bundan əvvəl, o cümlədən “e-Devlet” elektron hökumət sistemi vasitəsilə ölkənin elektron bazasını gücləndirən çoxsaylı böyük layihələr həyata keçirib.

“Türkiyə üçün vacib məlumatları saxlayan təşkilatların ehtiyacları tezliklə sırf yerli istehsal olan proqram təminatı hesabına ödəniləcək. Bu, həm məlumatların emalına, həm də bulud xidmətlərindən istifadəyə aiddir”, – deyə Uraloğlu qeyd edib.

Nazir bildirib ki, nominal gücü 33 meqavolt-amper olan “TÜRKSAT” məlumat mərkəzində 200 əməkdaş üçün ofis şöbəsi yerləşəcək.

“Məlumat emalı mərkəzi məlumatların təhlili, alqoritm təlimi, modelləşdirmə, proqnozlaşdırma, təsnifat və yüksəksürətli riyazi hesablamalar kimi xidmətlər göstərmək üçün lazımi infrastruktura malik olacaq. Məlumat mərkəzi Türkiyə təşkilatlarına hətta fövqəladə hallar zamanı xidmətlərə təhlükəsiz və fasiləsiz çıxış təmin edəcək. Faktiki olaraq, söhbət xüsusi olaraq dövlət xidmətləri sistemi üçün nəzərdə tutulmuş ən böyük məlumat mərkəzindən gedir”, – deyə nəqliyyat naziri vurğulayıb.

Onun sözlərinə görə, Türkiyənin dövlət sektoruna artıq öz ərazisində ayrı server otaqları yaratmağa, avadanlıqlara təkrar investisiya qoymağa və ya məlumat bazalarının və bulud xidmətlərinin saxlanılması və istismarı xərclərini ödəməyə ehtiyac olmayacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05