Salyanda yol qəzasında ölənlərin sayı 4 nəfərə çatdı - YENİLƏNDİ
Salyanda yol qəzasında ölənlərin sayı dörd nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, hadisə zamanı xəsarət alan, rayonun Şorsulu kənd sakini, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
***19:48
Salyanda ağır yol-nəqliyyat hadisəsi olub.
Yenicag.az xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində, dəmir yol keçidinin yaxınlığında qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.













