ABŞ ordusu Şirazı bombaladı
ABŞ ordusu İranın Fars vilayətinin Şiraz şəhərinə hava hücumu təşkil edib.
Yenicag.az ISNA-ya istinadən xəbər verir ki, aviazərbələr nəticəsində insan itkisi qeydə alınmayıb.
“Dağıntılar və dəyən ziyanın miqyası hesablanır”, – məlumatda bildirilib.
Fars vilayətinin digər ərazisinə hücum zamanı İranın təhlükəsizlik qüvvələri ABŞ-yə məxsus raketi məhv edib.
Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına cavab hücumu həyata keçirib.













