Hindistanda daşqınlardan bu qədər insan zərər çəkdi

media-hightechnic-468x90

Fasiləsiz yağan leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində Hindistanın şimal-şərqindəki Assam ştatında 170 mindən çox insan zərər çəkib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə ştatın Fövqəladə Hallar İdarəsinin bəyanatında deyilir.

Ən ciddi vəziyyət Assamın şərq rayonlarında yaranıb, bazar ertəsi səhər burada beş çayın səviyyəsi təhlükəli həddi aşıb. Təbii fəlakət 12 dairənin 580 yaşayış məntəqəsində 170 min 327 insana təsir göstərib. Son bir neçə gün ərzində ştatın bir sıra rayonlarında güclü yağışlar yağıb, dairələrdən birinə bir sutka ərzində 197 mm-ə qədər yağıntı düşüb.

Zərər dəyən rayonlarda xilasetmə əməliyyatları həyata keçirilir, bu əməliyyatlara Milli Təbii Fəlakətlərə Müdaxilə Qüvvələrinin bölmələri cəlb edilib. Assamın baş naziri Himanta Bisva Sarma bildirib ki, ştat rəhbərliyi vəziyyət pisləşəcəyi təqdirdə, əhalinin təxliyəsinə kömək göstərmək üçün hazır vəziyyətdə olmaları xahişi ilə Hindistanın Quru Qoşunlarına və Hərbi Hava Qüvvələrinə müraciət edib.

Daha əvvəl Hindistanda daşqınların fəsadları səbəbindən 25 nəfərin həlak olduğu bildirilmişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05