Ankarada XIV Səfirlər Konfransı keçiriləcək

media-hightechnic-468x90

Ankarada keçirilməsi nəzərdə tutulan on dördüncü Səfirlər Konfransı 5-9 avqust 2023-cü il tarixlərində baş tutacaq.

Bu barədə Yenicag.az-ın yerli bürosuna Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, konfransın rəsmi açılışı avqustun 7-də olacaq:

“XIV Səfirlər Konfransının mövzusu “Türkiyə Yüzilliyində Xarici Siyasət” olaraq təyin edilib. Türkiyə və region ölkələri ilə yaxından əlaqəli olan hadisələrin müzakirə edildiyi, qlobal tendensiyaların qiymətləndirildiyi, mövcud çağırış və imkanların müzakirə olunduğu Səfirlər Konfransı daxili planların hazırlanmasında və təşkilatlararası koordinasiyanın qurulmasında mühüm rol oynayır”.

Qeyd edək ki, konfrans çərçivəsində Türkiyə Prezidenti və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrinin, qardaş ölkənin yeni yüzillikdə xarici siyasət doktrinasına dair çıxışlar edəcəyi də gözlənilir.

Natiq Çıraqzadə

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600