!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Antalyadakı yanğınların zərəri AÇIQLANDI: 34 milyon 596 min lirə

!Reklam – Yazi

Türkiyənin Antalya bölgəsində baş vermiş yanğınların vurduğu ziyanın məbləği açıqlanıb.

Yenicag.az xəbər verir ki, ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu keçirilən mətbuat konfransında Antalyadakı yanğınlar nəticəsində dəymiş ziyanın 34 milyon 596 min lirə (təxminən 6 milyon 900 min manat) olduğunu açıqlayıb.

Antalyadakı yanğınların nəzarət altına alındığını bildirən Çavuşoğlu fəsadların aradan qaldırılması üçün dəyərləndirmə prosesinin davam etdiyini qeyd edib.

“Yanğında 59 məhəllə, 3 min 231 bina ziyan görüb. Yararsız hala düşmüş binalar söküləcək, yeniləri inşa ediləcək. Az ziyan görmüş evlərin təmiri üçün gərəkli dəstək veriləcək”, – deyə nazir vurğulayıb.

www.yenicag.az

715
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv