Antisanitariya… Natəmizlik… Boyat yeməklər… – Biabırçı fotolar

media-hightechnic-468x90

20150625_152844_559cb4eac071eAzərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Yenicag.az-a verilən xəbərə görə, komitə tərəfindən Balakən rayonu, Katex kəndində yerləşən, fiziki şəxs Umarov Asifə məxsus ictimai-iaşə xidməti göstərən müəssisədə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırma zamanı müəssidə mənşəyi bilinməyən süd məhsulları, ev şəraitində hazırlanmış şərablar, üzərində Azərbaycan dilində məlumat olmayan gürcü limonadları aşkar edilib. Həmçinin müəssisədə antisanitar vəziyyətin hökm sürdüyü, işçi personalın xüsusi sanitar geyim forması ilə təmin olunmadığı, mətbəxdə qabyuma prosesinin düzgün aparılmadığı, soyuducularda isti yeməklər və doğranmış tərəvəz məhsullarının natəmiz qablarda saxlanıldığı müəyyən olunub. Soyuducuda ötən gündən qalan isti yeməklərin (buğlama, soyutma və s.) saxlandığı faktı da aşkar edilib. Nəticədə “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun və mövcud standartların tələbləri pozulub. Müəssisədə istismar olunan 1 ədəd ölçmə vasitəsi də müqayisəli dövlət yoxlamasından keçmədən istifadə olunub.

Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tədbiqi barədə qərar qəbul edilmişdir.

Yenicag.az

20150625_152353_559cb4ea44e42 20150625_152401_559cb4ea6d258 20150625_152415_559cb4ea95b15 20150625_152844_559cb4eac071e 20150625_152848_559cb4eae53db 20150625_152851_559cb4eb14f97 20150625_153442_559cb4eb3de2f 20150625_153506_559cb4eb66ce5 20150625_153552_559cb4eb92653

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600