Gəncədə daha bir yas mərasimində kütləvi zəhərlənmə oldu
Gəncədə daha bir yas mərasimində zəhərlənmə faktı qeydə alınıb.
Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən 4-ü Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Tibb müəssisəsinə yerləşdirilən həmin şəxslər bunlardır:
Tapdıq Həsənli (1999)
Leyla Hüseynova (1951)
Ramil Məmmədov (1982)
Ülviyyə Hacıyeva (1974)
Hadisə zamanı, həmçinin daha iki azyaşlı uşaq da zəhərlənib. Onlar isə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb.
İlkin məlumata görə, həmin şəxslər yas mərasimində qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma başlanılıb.













