Antoniu Koşta: "Yalnız Ukrayna öz gələcəyi ilə bağlı danışıqlar apara bilər"

media-hightechnic-468x90

Avropa İttifaqı (Aİ) Şurasının sədri Antoniu Koşta ABŞ Prezidenti Donald Trampın Avropa liderləri ilə avqustun 13-də Ukrayna ilə bağlı təşkil etdiyi onlayn konfransda həmsöhbətlərinə çatdırdığı üç əsas bəndi qeyd edib.

Yenicag.az “Avropa Həqiqəti” nəşrinə istinadən xəbər verir ki, bu barədə Koşta Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında bildirib.

Koşta və Makron Fransa Prezidentinin iqamətgahlarından birində ABŞ və Avropa liderləri ilə danışıqlarda birgə iştirak etmək üçün görüşüblər.

“Prezident Tramp bizimlə çox vacib üç məqsəd bölüşdü. Birincisi, atəşkəsdir”, – deyə Koşta bildirib.

Aİ Şurasının sədri ikinci bənd kimi ABŞ-nin “Ukraynadan başqa heç kimin Ukrayna məsələləri üzrə danışıqlar apara bilməz” mövqeyini vurğulayıb.

“Üçüncü element – Ukrayna üçün uzunmüddətli və ədalətli sülh əldə edildikdə ABŞ-nin Avropa ilə təhlükəsizlik şərtlərinin gücləndirilməsi səylərini bölüşməyə hazır olmasıdır”, – Koşta qeyd edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa