Aparıcıya vəzifə verildi
Tanınmış teleaparıcı Zəminə Əliyeva Sənaye və Energetika Nazirliyində işə düzəlib.
Jurnalist bu gündən nazirliyin mətbuatının xidmətinin rəhbəri təyin olunub.
Jurnalist yeni vəzifəsi ilə bağlı saytımıza açıqlama verib. O bildirib ki, bu gündən rəsmən Sənaye və Energetika Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışacaq.
Qeyd edək ki, Zəminə Əliyeva ANS-in məşhur aparıcılarından biri olub. ANS-dən ayrılan aparıcı bir müddət Space TV-də işləyib(qafqazinfo).