Əməliyyata hazırlaşan Mətanət: "Çətini birinci dəfədir"
“5-10 günə yenidən əməliyyat olunacağam”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əməkdar artist Mətanət İsgəndərli “Xəzər axşamı” verilişində deyib.
Son illər tez-tez plastik əməliyyatlarla görünüşündə 180 dərəcə dəyişikliklərə nail olan müğənni yenidən görkəmini dəyişmək fikrinə düşüb. O, vücudunun daha da incə olması üçün müəyyən estetik prosedurlar etdirəcəyini bildirib.
O, aparıcının “Axı siz əməliyyatdan qorxurdunuz” sualını da cavablandırıb:
“Yox, daha qorxmuram. Birinci dəfə qorxurdum, indi yox. Hər şey belədir, çətini birinci dəfə olur, sonra öyrəşirsən.”
Nehru













