“Apellyasiya məhkəməsi” girovlarla bağlı qərarını martın 10-da çıxaracaq

media-hightechnic-468x90

2899062fe67a215a15d467ad77900bdcSeparatçı Dağlıq Qarabağ rejiminin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurduğu apelyasiya “məhkəmə”sinin qərarı martın 10-da açıqlanacaq.

Yenicag.az apa-ya istinadən bildirir ki, apelyasiya şikayəti üzrə “iclas” bu gün keçirilib. Azərbaycanlı girovlar və onlar üçün təyin olunmuş “vəkillər” şikayətlərini təqdim ediblər.

Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.

Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600