Apple Kanadadan üzr istədi

media-hightechnic-468x90

295422Cümə günü yeni iPhone 6 smartfonuna əvvəlcədən sifariş vermək qərarına gələn Kanada sakinləri ABŞ-ın Apple şirkətinin saytında yerləşdirilən ölkə xəritəsindəki səhvlərdən şoka düşüblər. Bu səhv bütün milli telekanallarda xəbər buraxılışlarının başlıca mövzularından biri olub.

Apple şirkətinin versiyasına əsasən, ölkə paytaxtı Ottava yerini Ontario gölünün sahilinə dəyişib, Kanadanın burada yerləşən nəhəng Toronto şəhəri Ottavanın yerini eyniadlı çayın sahilində (hər iki şəhər Ontario əyalətində yerləşir) tutub. Edmonton şimal-qərbdə yerləşmək əvəzinə, şimal-şərqdə Kalqari şəhərinin yerində göstərilib. Apple xəritəsində Kvebek-Siti şəhəri əsasən fransızdilli sakinlərin yaşadığı Kvebek əyaləti kimi, Vankuver adası (Britaniya Kolumbiyası əyaləti) isə materikə birləşdirilmiş şəkildə qeyd olunub.

ABŞ şirkətinin nümayəndələri baş verən səhvə hələ ki münasibət bildirməyiblər.

Məlumat üçün bildirək ki, sentyabrın 9-da Apple Kupertino şəhərində (Kaliforniya ştatı) keçirilən mətbuat konfransında kompüter funksiyalı yeni iWatch saatını, eləcə də qabaqcıl iPhone 6 və iPhone 6 Plus smartfon modellərini təqdim edib.

Sentyabrın 12-dən ABŞ və Kanadada smartfonlar üçün əvvəlcədən sifarişlərin qəbuluna başlanıb. Appleın yeni qurğuları Kanada mağazalarına sentyabrın 19-da saat 08:00-da çıxarılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600