Reklam: High Technic
hightechnic

Aprel döyüşlərində vətənə xəyanət edənlərlə bağlı - Rəsmi açıqlama

2016-cı ilin aprel hadisələrində erməni tərəfə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov deyib.

F.Cavadov qeyd edib ki, casus şəbəkəsinin bəzi üzvləri məlumatları ötürəndən sonra silərək məsuliyyəti öz üzərilərindən atmaq istəyib: “Həmin şəxslər iddia edirdilər ki, onlar casusluq etməyib və ermənilərə heç bir məlumat ötürməyiblər. Lakin onların kompüter və mobil telefonları bizim mərkəzə təqdim edildi. Mərkəzin avadanlıqları vasitəsilə həmin şəxslərin düşmən tərəflə yazışmaları bərpa edildi və istintaqa təqdim olundu. Yəni onların düşmən tərəflə yazışmaları kompüter və telefonlardan silinsə də, avadanlıqlar vasitəsilə həmin yazışmalar bərpa edildi”.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyi ilə birlikdə keçirilmiş əməliyyat zamanı təmas xətti boyu yerləşən ərazilərdə Ermənistan kəşfiyyatı ilə əməkdaşlıq edən bir qrup hərbçinin və mülki şəxsin həbsi barədə bu ilin yazında rəsmi məlumat yayıb.

www.yenicag.az

7428