Ədliyyə Nazirliyi özəl məhkəmə eksperti şəhadətnaməsi verəcək.
Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
Eyni zamanda Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri sırasına özəl məhkəmə eksperti şəhadətnaməsini vermək, Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparmaq, Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparmaq daxil edilib.
İndiyə qədər Ədliyyə Nazirliyi məhkəmə ekspertizalarının keçirilməsini təşkil edibsə, özəl məhkəmə ekspertlərinin yaranması ilə əlaqədar Ədliyyə Nazirliyinin bu sahədə də vəzifəsi konkretləşib. Nazirlik məhz tabeliyində olan məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizası fəaliyyətini təşkil edəcək. Müvafiq olaraq Ədliyyə Nazirliyinin vəzifələri sırasına tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun tələblərinə riayət etməsinə nəzarət etmək və tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinə və özəl məhkəmə ekspertlərinə məhkəmə eksperti şəhadətnamələri vermək, qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnamələri ləğv etmək daxil edilib.
Fərmana əsasən, bu dəyişikliklər 2020-ci il martın 1-dən qüvvəyə minir
www.yenicag.az