“Araz-Naxçıvan” “İmişli”yə qarşı

media-hightechnic-468x90

Bu gün Misli Premyer Liqasında 30-cu tura start verilib. 

media-banner_tkm

Yenicag.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.

Əvvəlcə “Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edib. Qarşılaşma “Kəpəz”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Gəncə klubu 24 xalla turnir cədvəlində 10-cu, “gənclik şəhəri”nin təmsilçisi isə 38 xalla 7-ci pillədə qərarlaşıb.

Cari mövsüm bu komandaların hər iki oyunu 3:0 hesabı ilə yekunlaşıb. İlk dövrədə “Sumqayıt”, ikinci dövrədə isə “Kəpəz” qələbə qazanıb.

Günün digər qarşılaşmasında isə Sumqayıtda “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkəcək. Bu komandaların ilk dövrədəki oyununda Naxçıvan klubu 2:0 hesablı qələbə qazanıb. İkinci dövrədə isə tərəflər meydandan 1 xalla ayrılıblar – 2:2.

Hazırda Naxçıvan təmsilçisi 40 xalla 6-cı, “İmişli” isə 29 xalla 11-ci pillədə qərarlaşıb.

2 may (şənbə)

16:00. “Kəpəz” – “Sumqayıt” – 2:1

Qol: Yusif İmanov, 64-avtoqol (0:1), Rauf Hüseynli, 86-pen. (1:1), Rauf Hüseynli, 89-pen. (2:1)
Yevlax şəhər stadionu

18:30. “Araz-Naxçıvan” – “İmişli”
“SOCAR Polymer Arena”

3 may (bazar)

16:00. “Şamaxı” – “Sabah”

18:30. “Zirə” – “Qəbələ”

4 may (bazar ertəsi)

19:30. “Qarabağ” – “Turan Tovuz”

5 may (çərşənbə axşamı)

16:00. “Karvan-Yevlax” – “Neftçi” (Qol.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05