İstanbulda Ulu öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən “Üfüqdən boylanan Azadlıq” romanı işıq üzü görüb.
Elmira Axundovanın “Heydər Əliyev; Şəxsiyyət və Zaman” çoxcildli əsərindəki tədqiqatların motivləri əsasında yazılmış romanda eyni zamanda DTK və Prezidentin şəxsi arxiv sənədlərinə müraciət olunub.
Əsərdə haqqında geniş söhbət açılan Allahverdi Hüseynəli oğlu Qurbanov 1940-cı ildə Puşkin rayonunun (indiki Biləsuvar) Qriboyedovka kəndində kolxozçu ailəsində anadan olub. 1959-1962-ci illərdə Leninqradın Vıborq vilayətində hərbi xidmət keçib. O illəri Ulu Öndər Heydər Əliyevin onu və yoldaşlarını həbsdən xilas etmək üçün verdiyi çabanı xatirələrini danışmaqla canlandıran Allahverdi Qurbanov tariximizin və Heydər Əliyevin fəaliyyətinin az işıqlandırılmış səhifələrini açığa çıxarır.
Redaktoru Samir Qurbanov (“Region-Press” qəzetinin redaktoru( yazarı isə Şakir Məhbusidir. Qeyd edək ki, dövrü mətbuatda şeirləri ilə çıxış edən Şakir Məhbusi bir neçə şeirlər kitabının müəllifidir.
“Üfüqdən boylanan azadlıq kitabı” bu ilin əvvəlində fəaliyyətə başlamış “Araz” Nəşriyyatı tərəfindən çap edilib.
www.yenicag.az