ARDNŞ-də növbəti ixtisar
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (ARDNŞ) növbəti ixitsarlar olub.
ARDNŞ-in Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 37 işçisinin müqaviləsi dünən ləğv edilib. Maraqlıdır ki, onların hamısı qadınlardır.
İxtisara düşən xanımlar zavodun Qaz Analitika Laboratoriyasının işçiləri olub. İşdən çıxarılan neftçilərə maaşlarının 5 misli həcmində kompensasiya veriləcəyi deyilib. Çox qəribədir ki, ixtisara salınan işçilərin heç biri işini yaş həddi amilinə görə itirməyib.