!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Argentina Uruqvayı məğlub etdi

!Reklam – Yazi

Futbol üzrə Argentina millisi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Lionel Skaloninin baş məşqçi olduğu komanda Uruqvayın qonağı olub.

Matç Argentinanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 7-ci dəqiqədə Fransanın PSJ klubunun futbolçusu Anxel Di Mariya vurub.

Onun millidəki və klubdakı komanda yoldaşı Lionel Messi isə matça yalnız 76-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, Argentina turnir cədvəlində 28 xalla ikinci, Uruqvay isə 16 xalla altıncı pillədə qərarlaşıb.

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv