!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arıqlamağa mane olan 10 SƏHV

!Reklam – Yazi

Arıqlamaq, artıq çəkidən azad olmaz hamının arzusudur. Amma bu elə də asan deyil.

Yenicag.az çəki itirməyə maneə olan bəzi yanlışları təqdim edir:

1. Ətdən imtina
Meyvə tərəvəzlə qidalanmaq şübhəsiz ki, lazımdır. Amma ancaq qida rasionunda bu məhsullardan istifadə yolverilməzdir. Meyvə və tərəvəzdə ətin tərkibindəki vitamin, zülal və minerallar yoxdur. Bundan əlavə ət əzələ kütləsini artırmağa, yağ təbəqəsinin azalmasına kömək edir.
Bir gün ərzində kişilərə 150-200 qram, qadınlara isə 100-150 qram ət yemək məsələhət görülür.

2.Saat 18:00-dan sonra yeməmək
Bunu kim dedi? Bu iddianı indi dietoloqların demək olar ki, hamısı rədd edir. Ac qarına yatmaq olmaz. Daha doğrusu yuxudan bir necə saat öncə yemək lazımdır. Yuxu qabağı yəməyi mədə həzm edə bilməyəcək. Axşam yeməyinə döş əti, tərəvəz salatı, zərif kəsmik yemək tövsiyyə edilir. Kartoşka,qızartmalar, makaron kimi yeməkləri isə məsləət görülmür.

3. Gücləndirilmiş fiziki fəallıq
Gücləndirilmiş fiziki yüklənmə bəzən xeyirdən çox ziyan vura bilər. Fitneslə məşğuliyyətə orta intensivlikdə başlamaq məsləhətdir. Bura həm nəfəs hərəkətləri, həm də güc tələb edən hərəkətlər daxildir. Nəzarətsiz idman yağı deyil, əzələni məhv edir.

4. İdmansız həyat
İdman etmədən arıqlamaq xülyası qurmayın. Pəhrizlə birgə ən sadə idman hərəkətləri belə sizə effektiv nəticə əldə etməyə kömək edəcək. Ən azı gündə 30 dəqiqə yürüyüşə, üzməyə vaxt ayırın.

5. Ekspres-pəhriz
Ən böyük səhv pəhrizə münasibətdir. Belə ki, pəhrizə bədəni tez formaya salmaq yolu kimi baxılır. Bu pəhrizin orqanizmə heç bir faydası yoxdur. Atılan çəki bir necə günə artıqlaması ilə geri qayıdacaq.

6. Arıqlama vasitələri
Hamı tez və effektiv çəkidən azad olmaq istəyir. Arıqlama vasitələri ilə itirilən çəki tez zamanda geri qayıdır. Bu vasitələr mədə bağırsaq sisteminə ziyan vura bilər.

7. Tərəzinin qulu
Tərəzinin rəqəmlərinin quluna çevrilməyin. Pəhrizə başlayan insan o anda nəticə gözləyir. Bəzən tərəzi güzgüdə görünən azalmanı göstərməyə bilər. Çünki tərəzi əzələ kütləsini göstərə bilmir.

8. Kalori hesablaması
Adətən pəhriz saxlayanlar kalorilərini hesablayırlar. Amma bu zaman qidanı balanslaşdırılmış şəkildə qəbul etməli olduqlarını unudurlar. Əgər bir necə kq artıq çəkidən xilas olmaq istəyirsinizsə azkalorili pəhrizlər ziyan ola bilər. Belə pəhrizlər əzələ kütləsinin itirilməsinə səbəb ola bilər.

9. Səhər yeməyini ötürmə
Səhər yeməyi günün ən önəmli hissəsidir. Nahara kimi orqanizm üçün lazım ola biləcək bütün vitamin, zülal və mineralları bu yeməkdən almaq olar.

10. Vərdişlər
Siqaret iştahı azaltsa da bu bir müddətlik olur. Sonradan iki qat artıq iştahla yemək istəyirsən. Çünki nikotin beyindəki aclıq mərkəzinə təsir edir. Buna görədə ziyanlı vərdişlərinizdən nə qədər tez əl çəksəniz bir o qədər yaxşıdır.

COP29

www.yenicag.az

1456
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv