!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arnold Şvartsenegger neft şirkətlərini məhkəməyə verir: "Bu, birinci dərəcəli cinayətdir"

!Reklam – Yazi

“Bir sıra neft şirkətlərinin fəaliyyəti birinci dərəcəli cinayətdir”

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bu sözləri Kaliforniya ştatının keçmiş qubernatoru, tanınmış aktyor, R20 ekoloji təşkilatının təsisçisi Arnold Şvartsenegger deyib. O, bəzi neft şirkətlərini məhkəməyə verəcəyinə söz verib.

Aktyorun sözlərinə görə, hazırda bir neçə şirkətdən olan hüquqşünaslarla danışıqlar aparır:
“Neft şirkətləri yaxşı bilirlər ki, yanar faydalı qazıntılar qlobal istiləşməninin inkişafına şərait yaradır. Bu isə öz növbəsində həyat və sağlamlıq üçün təhlükə daşıyır. Lakin dövriyyəni aşağı salmır”.

Eks-qubernator neft şirkətlərini tərkibində yanar faydalı qazıntılar olan istənilən məhsullara, avtomobil və yanacaqdoldurma məntəqələrinə xüsusi xəbərdaredici işarə yapışdırmağa məcbur etməyi tövsiyə edib.

www.yenicag.az

1338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv