“Arsenal” böyük bombardir olmadan çempion ola bilərmi? 

media-hightechnic-468x90

İngiltərə Premyer Liqasında qızıl qayda var: Çempion olmaq üçün heyətində 20+ qol vuran “qol maşını” olmalıdır. Lakin bu mövsüm Mikel Artetanın “Arsenal”ı bütün tabuları yıxmaqda israr edir.

Yenicag.az xəbər verir ki, “topçular” hazırda liqada liderdir və müdafiə xətti ilə rəqiblərinə qan uddurur. 21 oyunda cəmi 14 qol buraxan London təmsilçisi, bu göstərici ilə liqanın ən yaxşısıdır.

Komandanın ən yaralı yeri hücum xəttindəki məhsuldarlıq problemidir. Statistik rəqəmlər isə “topçular” üçün heç də ürəkaçan mənzərə vəd etmir: heyətin ən məhsuldar oyunçuları olan Trossard və Qyökereşin aktivində cəmi 5 qol var.

Müqayisə üçün qeyd edək ki, “Siti” nin “qol maşını” Erlinq Holand artıq 20 qol baryerinə çatıb. Xüsusilə yayda 64 milyon funt-sterlinqə transfer edilən Viktor Qyökereşin son 15 matçda cəmi 1 qol vurması hücum xəttindəki böhranın dərinliyindən xəbər verir.

Bütün bu neqativ statistikaya baxmayaraq, Mikel Arteta sakitliyini qoruyur. İspan mütəxəssis tək ulduza yox, kollektiv oyuna güvənir. Bu mövsüm “Arsenal”ın heyətində 13 fərqli futbolçu qol vurmağı bacarıb. Bundan əlavə, komanda künc zərbələri və standart vəziyyətlərdən vurulan qollarda liqanın mütləq lideridir.

Böyük bombardir olmadan çempionluq qazanmaq imkansız deyil. Futbol tarixi bu ssenarinin uğurlu nümunələrini artıq sınaqdan keçirib. Məsələn, 2005-ci ildə “Çelsi” və 2021-ci ildə “Mançester Siti” məhz vahid bir qolçuya bağlı qalmadan, hücum yükünü bütün heyət üzvləri arasında bölüşdürərək çempionluq tituluna qovuşmağı bacarmışdılar. Hazırda Kay Haverts və Qabriel Jezusun zədədən qayıdışı ilə Mikel Artetanın hücum xəttində seçim imkanları üçə çatıb. Əgər komanda daxilindəki bu kövrək balans qorunub saxlanarsa, “Arsenal”ın 20 illik həsrətə son qoyaraq, böyük bombardiri olmadan da Premyer Liqa kubokunu başı üzərinə qaldırması tamamilə real görünür.

Sona Əliyeva

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa