“Arsenal” Kristian Moskero ilə RAZILAŞDI
Müdafiə xəttini gücləndirmək istəyən “Arsenal” növbəti transferini reallaşdırmaq üçün ciddi addımlar atıb.
Yenicag.az xəbər verir ki, məşhur futbol jurnalisti Fabrizio Romanonun yaydığı məlumata görə, London klubu “Valencia”nın gənc müdafiəçisi Kristian Moskero ilə razılığa gəlib.
Transferin maliyyə detalları da açıqlanıb. Razılaşmaya əsasən, “Arsenal” “Valencia”ya ilkin olaraq 15 milyon avro ödəyəcək. Müqavilədə yer alan bonuslarla birlikdə məbləğ 20 milyon avroya qədər artaraq ümumilikdə 35 milyon avroya çata bilər.
Gənc futbolçunun tibbi baxışdan keçməsi bu həftə ərzində planlaşdırılır. Müayinələrdən sonra transferin rəsmən elan olunacağı gözlənilir.
Göycə Göycəyev