Arzu Nağıyev: "Ermənistanın daxili siyasi müstəvisində revanşist ideologiyanın potensialı tükənib"

media-hightechnic-468x90

 

media-banner_tuq

“Ermənistanda revanşist qüvvələrin seçici kütləsi gözlə görünəcək qədər azalıb”

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Millət vəkili Ermənistanda keçirilən seçkilərdən sonra revanşist qüvvələrin gələcək taleyi ilə bağlı analizlərini bizimlə bölüşüb:

“Ermənistanda keçirilən parlament seçkiləri bir daha göstərdi ki, Ermənistan cəmiyyəti sülhə səs verir. Ona görə də yenidən Nikol Paşinyan qalib gəldi. Partiyası təxminən 50% səs topladı, əsas rəqiblərini geridə qoyub parlamentdə çoxluğu əldə etdi. Azərbaycan üçün də maraqlı məsələlərdən biri odur ki, məhz referendum keçirmək və ciddi qərarlar qəbul etmək üçün parlament çoxluğunu əldə etməlidir. Paşinyanın hökuməti formalaşdırmaq üçün maraqları ortadadır, düşünürəm ki, Paşinyan hakimiyyəti bu istiqamətdə ciddi addımlar atacaq. Müxalifət müxtəlif bloklarla birlikdə seçicilərə malik olsalar da, hakimiyyəti dəyişəcək gücləri olmadığının bir daha şahidi olduq. Baxmayaraq ki, Rusiya və digər dövlətlər seçkiyə ciddi təsir göstərməyə çalışırdı, amma düşünürəm ki, Köçəryan və digər siyasi dairələr ümumiyyətlə siyasətdən gedəcək. Onlar siyasətdə qalır, onları dəstəkləyən qüvvələr də var, onları maliyyələşdirən xüsusi xidmət orqanları da var. Ermənistan siyasətində keçmiş hakimiyyət nümayəndələri, “Qarabağ klanı”, Sarukyan kimilər və digərləri sadəcə olaraq nəyin bahasına olursa olsun Paşinyanın hakimiyyətə gəlməməsi üçün çalışırdılar. Ona görə ki, bu məğlubiyyət onların həbsi ilə nəticələnə bilər, hansı ki, belə işartılar görünməkdədir. Son illərdə isə onların seçiciləri də xeyli zəifləyib, ona görə ki, onlar müharibə tərəfdarlarıdır və revanşist ideyaları dəstəkləyənlərdir. Köçəryan blokunun az səs toplaması onun siyasi çəkisinin azaldığının sübutudur”.

A. Nağıyev, “Köçəryan tərəfindən Paşinyana qarşı hər hansı təxribat gözlənilirmi?” sualına belə cavab verib:

“Ayrı-ayrı radikal qrupların etiraz aksiyaları olacaq. Onlar hökumət əleyhinə kampaniyalar da keçirəcək, sülh prosesini pozmağa yönəlmiş addımlar da atılacaq və ayın 14-də səsvermənin yekunu elan edildikdən sonra bu proses bir daha gündəmə gələcək. Azərbaycanla sülh sazişi, sərhədlərin delimitasiyası, konstitusiya dəyişiklikləri kimi mövzular Ermənistan daxilində ciddi mübahisə yaradır, amma Paşinyan hakimiyyəti birmənalı şəkildə sülhü və konstitusiya dəyişikliyini dəstəkləyir. İstər Türkiyə ilə sərhədlərin açılması, istər Azərbaycanla sülhün bərqərar olması kimi çox mühüm addımlar nəzərdə tutulur”.

Komitə sədri qeyd edib ki, yaxın dövrdə revanşist qüvvələrin hakimiyyətə gəlməsi real görünmür:

“Hazırkı vəziyyətdə revanşist qüvvələrin seçki yolu ilə qısa müddətdə hakimiyyətə gəlməsi real görünmür. Son seçki nəticələri göstərdi ki, Ermənistan seçicilərinin əksər çoxluğu müharibə ritorikasından daha çox sabitliyi, sülhü istəyir, normallaşmaya üstünlük verir. Köçəryanın siyasi təsiri sıfırlanmasa da, əvvəlki dövrlərlə müqayisədə ciddi zəifləyib, xeyli aşağı düşüb. Təhlükə onun birbaşa hakimiyyətə qayıtmasında deyil, revanşist qüvvələrin sülh prosesinə mane olmaq üçün daxili siyasi gərginliyin yaradılmasındadır. Bu qüvvələrin yaxın dövrdə geniş xalq dəstəyi ilə hakimiyyəti ələ keçirməsi absurddur, inandırıcı görünmür və düşünürəm ki, ayın 14-də biz bunun bir daha bariz nümunəsini görəcəyik və Köçəryanlar, Sərkisyanlar, Sarukyanlar, Samvel Karapetyanlar kimi müxtəlif qüvvələrə itaət edən və onlara işləyən şəxslər sadəcə Ermənistanda ara qarışdırmaqla məşğul olacaqlar”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05