!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ASAN Məktub” layihəsinə start verildi

!Reklam – Yazi

скачанные файлы“ASAN Könüllüləri” Təşkilatı “ASAN Məktub” adlı yeni layihəyə start verib.

Layihənin məqsədi həssas qruplara aiduşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətə qayğı hissini daha da artırmaqdır. Layihə çərçivəsində 14 yaşadək sosial qayğıya ehtiyacı olan hər bir uşaq məktub yazacaq və yazdıqları məktublara xeyirxah insanlar tərəfindən cavab tapmış olacaqlar”, – deyə xidmətdən qeyd edilib.

Vətəndaşlar www.asanmektub.az səhifəsi vasitəsi ilə onların cavabını gözləyən məktubu seçməklə uşaqların sevincinə sevinc qata bilərlər.

Prosesin asanlaşdırılması məqsədi ilə, seçilən məktuba cavab “ASAN qasid” kimi çıxış edən ASAN könüllüləri vasitəsi ilə təklif edilən ünvandan götürülərək uşaqlara çatdırılacaq və vətəndaşa e-poçt, yaxud da digər əlaqə vasitələri ilə hədiyyənin çatdırılmasını təsdiq edən fotoşəkil göndəriləcəkdir.

Qeyd edək ki, “ASAN Məktub” layihəsi çərçivəsində müxtəlif rayonlarda yaşayan 200-dən çox uşağın arzusu artıq reallaşdırılıb.

www.yenicag.az

669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv