“Assambleyanın qərarına erməni icmasının …”
Kaliforniya ştatı assambleyası bu yaxınlarda Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsi olan Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasının lehinə səs verib. Trend-in məlumatına görə, bu barədə Melloru Moss “The Hill” saytındakı bloqunda yazır.
Onun fikrincə, bu qərarı belə izah etmək olar: “Ya assambleyanın qərarına erməni icmasının üzvləri təsir ediblər, ya da onların heç nədən xəbəri yoxdur”.
M. oss yazır: “Oyanın, xanımlar və cənablar. Siz istərdinizmi ki, “Boko Haaram” (terror qruplaşması) Nigeriyada müstəqil dövlət yaratsın? Fikirləşirəm ki, xeyr. Mən, həmçinin beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ müharibəsi vaxtı Xocalı soyqımırını təkcə xatırlaması deyil, həm də soyrıqım aktı kimi tanıması üçün Azərbaycan vətəndaşlarının necə mübarizə apardığını görmüşəm”.