Astarada balıqçı dənizdə boğularaq öldü
Astara rayon sakini dənizdə boğulub.
Yenicag.az xəbər verir ki, Astara rayon Şahağacı kənd sakini, 1963-cü il təvəllüdlü Xanoğlan Museyib oğlu Əsədullayev günorta saatlarında çimmək üçün evlərinin yanındakı çimərliyə gedib. Bir az dərinə üzən X.Əsədullayev dənizdə boğularaq ölüb.
O, ətrafdakıların köməyi ilə batdığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
X.Əsədullayin bacısı bildirib ki, qardaşı uzun müddət peşəkar balıqçı olub və son günlər taqətsiz, halsız idi.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə aparılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./unikal