!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aşura günü oruc tutmaq “xəvariclikdir”? – Qalmaqal – Yenilənib

!Reklam – Yazi

1383825022_ahbinelask-wordpress-com47

QMİ sədrinin müavini Aşura günü oruc tutanları “xəvaric” və “Yezidi ordusu” adlandırdı

Elşad Miri: “Aşura günü oruc tutan insanları “Xəvaric” adlandırmaq həm dini, həm də məzhəb savadsızlığından irəli gəlir”

Emil Rahiloğlu: “Aşura günü üçün heç bir oruc nəzərdə tutulmayıb”

Əkrəm Həsənov: “Aşura günü orucu ən mötəbər Şiə qaynaqlarında mövcuddur”

Copy of haci fuad nurullayev-2Hər il Məhərrəm ayı öncəsi başlanan müzakirələrə bu il yenisi də əlavə olundu. Aşura günü oruc tutmaq olar, yoxsa olmaz? Həzrəti Məhəmməddən (s) öncə olan və Onun dövründə də davam edən bu oruca Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İslam Universitetinin dekanı, ilahiyyatçı alim Hacı Fuad Nurullah çox sərt münasibət göstərdi: “Aşura günu oruc tutmaq vacib deyil. İmam Hüseyni şəhid edənlər həmin gün “Biz oruc tutmuşuq”dedilər. Kim aşura günü oruc tutsa gərək günorta orucunu açsın, əgər  gunorta iftar etməsə onda İmam Hüseyni öldürənlərin dəstəsindən hesab olunar, yəni Xəvariclərdən olar”.

img1211390Fuad Nurullahın açıqlamasını YENİCAG.AZ-a şərh edən ilahiyyatçı Elşad Miri hesab edir ki, “Ümumiyyətlə, Aşura günü oruc tutan insanları “Xəvaric” adlandırmaq həm dini, həm də məzhəb savadsızlığından irəli gəlir. Bunu deyən insanın dini tarixi biliklərdən xəbəri yoxdur. Birincisi, bu İbrahim Peyğəmbərin (ə) də, Musa Peyğəmbərin (ə) də tutduğu bir orucdur. Bu oruc İslamdan əvvəl cahiliyyə ərəblərinin belə tutduğu bir orucdur. Yəni, Peyğəmbərimiz (s) belə Ramazan orucu vacib olana qədər bu orucu tutub. Məzhəbindən asılı olmayaraq, bütün mənbə kitablarında bu oruc var. Sadəcə yas məclisi verməkdən başı qarışan mollaların öz məzhəb kitablarını oxumağa vaxtları yoxdur. Sadəcə oxumaqdır. Aşura həm də onu göstərir ki, bütün peyğəmbərlər eyni günü qeyd edərək, insanlara mesaj veriblər. O mesaj ondan ibarətdir ki, insanlar mühüm günləri özlərini döyərək deyil, məhz ibadətlə keçirməlidirlər. Həzrəti Hüseynə hansı xoş olar: Özünü döyərək, başını yararaq onu xatırlamaq, yoxsa həmin gün ibadət edərək, dualar oxuyaraq, onu yad etmək? Allah Təala Quranda “haram aylarda özünüzə zülm verməyin” buyurduğu halda Məhərrəm ayında özünə zülm vermək nə zamandan doğru anlayış olub? Bu səbəbdən də o açıqlamanı savadsızlığın bir nəticəsi hesab edirəm”.

 

10462530_253048354883741_714169147571415494_n

İlahiyyatçı Emil Rahiloğlu  bildirir ki, Aşura günü ilə bağlı hədisləri zəif, həmin gün oruc tutulmasını isə məkruh sayır: “Şiə fiqhində – ki, xalis İslam fiqhidir, Aşura günü üçün heç bir oruc nəzərdə tutulmayıb. Əhl-Sünnə mənbələrində bu cür hədislər keçsə də, etibarlı deyildir. Bəzi mətnlərdə Ramazandan qabaq Aşura orucu tutulduğu yazılsa da, Ramazan orucu vacib edildikdən sonra Aşura orucu öz savab ya vacib olması qüvvəsini itirir. Müstəhəb oruc sayılması üçün yeni dəlil lazımdır və belə bir dəlil yoxdur. Həmçinin bəzi hədislərdə bu günün (Aşura) Üməyyə övladları (Əbu Süfyan sülaləsi) tərəfindən İmam Hüseynin (ə) məğlubiyyəti üçün nəzr edilərək oruc tutulduğu da rəvayət olunub”.

eki-1İlahiyyatçı Əkrəm Həsənovun məsələ ilə bağlı mövqeyi belədir: “Bütün Məhərrəm ayı boyu oruc tuta bilərsiniz, ancaq Aşura günü günortaya qədər tutmalısınız. Aşura günü günorta ehsan veriləcək, ona görə də yemək lazımdır. İmam Hüseyni sevdiyini, onun məktəbindən danışan biriləri bu inancdadırlar. Məhz İmam Hüseyn xatirinə bunu etdiklərini qətiyyən düşünməyin. Onun xatirinə olsaydı Aşura günü axşama qədər onun yolunda ac qalardılar. Onun adına ehsan verəcəklər. Ehsan yaxşılıq etmək deməkdir. İmam Hüseynə görə yox, Allaha görə həmişə ehsan ver. Adi, şüursuz insan da bilir ki, ehsan Allah üçün verilir. Özü də ehsan təkcə yeməkdən olmur. Kim Aşura günü oruc tutursa o da Allah üçün bir ehsan vermiş sayılır.  Hələ üstəlik Aşura günü oruc tutanlara böhtan atırlar. Bu gündə oruc tutanları ittiham edirlər. Bunlar Allahdan qorxmurmu? Axı Aşura günü ehsan vermək yox, oruc tutmaq əhli-beyt tərəfindən rəvayət olunub. Sizə elə təkcə əhli-beytən Aşura günü oruc tutmaq haqqında olan rəvayəti qeyd edirik.

Əhli Şiənin ən mötəbər alimlərindən olan Əbu Cəfər ət Tusinin “əl-İstibsar” (2/134) kitabında və Hurr Amilinin “Vəsailuş şia” (7/337) kitabında bu gündə oruc tutmanın fəziləti ilə bağlı hədislər nəql olunmuşdur.

İmam Əbu Abdullah (ə.s) (Cəfəri Sadiq) imam Əli (ə.)-dən rəvayyət edir: “Aşura günü 9-cu 10-cu gün oruc tutmaq keçən ilin günahlarını silir və kimsə səhvən yeyib-içsə, orucunu pozmasın.” (Nuri Təbərsi ”Mustədrək əl Vəsail” 1/594)

Basqa bir rəvayətdə də İmam Əli (ə.s) Aşura günü orucunun fəziləti haqqında yenə buyurmuşdu: “Muhərrəm ayının doqquzuncu ve onuncu günü oruc tutun. Çünki, bu bir illik günahların kəffarəsidi.” (əl-istibsar 2-cild səhifə 134)

İbn Abbas dedi: “Əgər siz Muhərrəm ayını görsəniz, saymağa başlayın. Ayın doqquzu olduqda oruc tutmaq üçün yuxudan qalxın. Ravi soruşdu: “Muhəmməd Peygəmbər (s.a.s) belə oruc tutardı?

İbn Abbas dedi: “Bəli”

(Hurr Amili “Vəsailuş şia” 7/347; Nuri Təbərsi “Müstədrək”c.1,səh 594)

İmam Əbu Cəfər (Muhamməd Bağir) deyir: ”Aşura gününün orucu bütün ilin günahlarını silir.” (Tusi “Təhzib” 4/300; “İstibsar” 2/134; Kəşani “Vafi” 7/13)

“Peyğəmbər (s.a.s) Aşura günü oruc tutardı.” (Tusi “Təhzib” 4/29; “İstibsar” 2/134; “Vəsailuş şia” 7/337).

Keçən əsrin böyük imami alimi olan Seyyid Əbul-Qasim əl-Xoyi (ö.h. 1411) özünün “əs-Soum” (oruc) adlı kitabında bu gündə orucu qadağan edən hədisləri bir-bir nəql edərək deyir: “Bu hədislərin bütünlüklə hamısı zəifdir” (Xoyi, “əs-Soum” 2/304).
Həmçinin demişdir: “Oruc tutmağı qadağan edən hədislərin heç birinin isnadı təmiz deyildir. Əksinə hamısı zəifdir” (Xoyi, “əs-Soum” 2/305).
Hətta bu gündə oruc tutmağın müstəhəbliyinin İmamlar tərəfindən təqiyyə olaraq deyidiyini iddia edən “alimlər” dən biri olan Yusif əl-Bəhraniyə (ö.h. 1186) rədd olaraq demişdir: “Bizdə (bu gündə orucu qadağan edən) elə bir etimad olunası etibarlı rəvayət yoxdur ki, əks olan (yəni bu gündə orucun savab olduğunu deyən) rəvayəti təqiyyəyə yozaq. Necə ki,”əl-Hədəiq” kitabının sahibi belə etmişdir. Bu gündə oruc tutmağı əmr edən və müstəhəb olduğunu deyən (səhih) rəvayətlərə gəldikdə isə çoxdur”. (Xoyi, “əs-Soum” 2/305).
Sonda isə Seyyid Xoyi bu məsələ ilə bağlı olan öz rəyini belə qeyd etmişdir: “Ən güclüsü odur ki, bu gündə oruc tutmaq müstəhəbdir” (Xoyi, “əs-Soum” 2/305).

Qeyd: Bir neçə gün öncə elektron KİV-də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin adından yayılan Bəyanat bu gün həmin qurum tərəfindən rəsmi şəkildə təkzib olunduğu üçün yazından çıxarılmışdır.

Daşqın/Yenicag.az

www.yenicag.az

3876
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv