!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Atası da çempion oldu, balası da - Bir həftədə

!Reklam – Yazi

“Qəbələ” İdman Klubunun idmançısı Bəxtiyar Abbasov növbəti uğuruna imza atıb.

Yenicag.az xəbər verir ki, idmançı Azərbaycan çempionatında fərqlənib. O, qüvvəsini 90 kq çəki dərəcəsində sınayıb. Abbasov yarışda keçirdiyi bütün qarşılaşmalarda rəqiblərinə qalib gəlib. Samboçu çempion adına yiyələnərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bir həftə ərzində Abbasovlar ailəsində daha bir çempionluq sevinci yaşanıb.

Belə ki, Bəxtiyarın oğlu Mehdi Abbasov Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Uşaq-Gənclər İdman Məktəblərinin açıq turnirinin qalibi olub. 46 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu hamıdan güclü olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Bəxtiyar Abbasov kimi, oğlu Mehdi Abbasov da “Qəbələ” İdman Klubunun üzvüdür.

Emin Səfərov

www.yenicag.az

2705
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv