Atatürkün heykəli yandırıldı

media-hightechnic-468x90

66980_res_01İstanbulda Atatürkün heykəli yandırılıb.

Kobanidəki hadisələrə etiraz məqsədi ilə keçirilən mitinqlərdə PKK-çılar Esenyurtdakı Cumhuriyyət meydanında Atatürkün heykəlini yandırıblar.

Qeyd edək ki, Kobanidəki olaylarla bağlı kürdlərin partiyası olan HDP-nin sədri Səlahəddin Dəmirtaş tərafdarlarını küçələrə səsləyib.

O, etiraz aksiyalarında Atatürkün büstlərinə olan hücumları qınayıb və tərəfdarlarına provokasiya xəbərdarlığı edib: “Bayrağı və Atatürkün büstünü yandıranları qınayıram. Bunlar Qərbdən Şərqə dəstək olmasın deyə yaradılan provokasiyadır. Bu torpaqlar heç kimin atasının neft quyusu deyil, xalqların öz yurdudur. Kobani şəhərini müdafiə etməkçün koridor açılmalıdır. Bu dirənişi qələbəyə aparacağıq. Buna ürəkdən inanıram”.

HDP lideri Kobani etirazlarını Azərbaycanla da müqayisə edib: “Kobani deyil, Azərbaycan olsaydı, türk xalqı da sərhədə yığılsaydı hökümət onları qazla dağıdacaqdı? İnsanlar buranı boşaltmazlar, övladları orada İŞİD qətliamı ilə üz-üzədir. Hökümət bu duyğunu anlamır. Xalqımız geri addım atmadan dirənişini davam etdirərsə mühasirənin qırılacağına inanırıq”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa