“Atəşgah Həyat” sığortadan açıqlama
“Atəşgah Həyat” sığorta şirkəti avqust ayında müştərilərinə 15 milyon 416,5 min manat ödəniş edib. Ödənişin böyük hissəsi həyatın yaşam sığortası növü üzrədir.
“Atəşgah Həyat” sığorta şirkətindən verilən məlumata görə, həyatın yaşam sığortası növü üzrə müqavilənin minimum müddəti üç ildir. Bu sığorta növü müştərilərə illik 50 faizədək gəlir gətirir. Gəlirin belə yüksək səviyyəyə çatmasının əsasında həyat sığortası üzrə ödənilən aylıq sığorta haqlarının vergi və sosial ödənişlərdən azad olması dayanır. (azertag.az)