Atəşkəsin pozulması nəticəsində jurnalist yaralandı-Video
Ukraynanın Donetsk bölgəsində atəşkəsin pozulması nəticəsində bir jurnalist yaralanıb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, jurnalistin yaralanma anı özü tərəfindən anbaan kameranın yaddaşına həkk edilib.
Qızğın mübarizə zamanı rusiyayönlü separatçılar tərəfində olan jurnalist səriştəsizliyinin əziyyətini çəkib. Belə ki, məsafənin uzaq olduğunu sanan jurnalist özünün də dediyi kimi tam açıqlığa çıxıb. Bu zaman qarşı tərəfdən atılan qumbaranın partlaması nəticəsində orta-ağır dərəcədə yarlanıb.
Yaralı jurnalist təcili olaraq hospitala köçürülüb. Hazırda vəziyyəti normaldır.