ATİAHİ adını dəyişdirdi

media-hightechnic-468x90

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı fəaliyyətini artıq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) adı ilə davam etdirəcək.

Bu dəyişiklik elm sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, laboratoriyaların və elm yönümlü ali təhsil qurumlarının əməkdaşlarının təşkilatımızın fəal üzvləri olması faktını rəsmi və təşkilati baxımdan daha dəqiq ifadə etmək məqsədi daşıyır. Yeni adımız elm və təhsil sahəsində çalışan əməkdaşların maraqlarını bir araya gətirən, onları daha geniş şəkildə əhatə edən yanaşmanı əks etdirir.

Elm və təhsil bir-birindən ayrılmaz sahələrdir. Bu iki sahənin ortaq dəyərləri üzərində möhkəm həmrəylik platforması quraraq, əməkdaşlarımızın hüquq və maraqlarının qorunmasına yönəlmiş fəaliyyətimizi daha da gücləndiririk.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı olaraq üzvlərimizin yanında olmağa, onların əmək hüquqlarını, sosial təminatlarını və peşəkar maraqlarını qorumağa, birgə təşəbbüslərlə yeni və uğurlu addımlar atmağa davam edəcəyik.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600