ATV İlk Milli Yaylaq Festivalını 12 saat canlı verdi - FOTO

media-hightechnic-468x90

Gədəbəyin Miskinli- Düzyurd yaylağında ölkədə ilk dəfə olaraq keçirilən Milli Yaylaq Festivalı baş tutdu.

Qədim türk elinin adət-ənənələrinə uyğun şəkildə təşkil olunan festivala millət vəkillələri, rəsmilər və türkdilli dövlətlərin nümayəndələri qatılmışdı.

ATV televiziyası səhər saat 08:45-dən etibarən axşam 20:45-ə qədər ilk Milli Yaylaq Festivalının canlı yayımını keçirdi. Televiziyanın ATV SƏHƏR verilişi ilk dəfə qədim yaylaq məskəni olan Miskinli-Düzyurd yaylağından yayımlandı. Tamaşaçılar saat 18:00 da baş tutan Festivalın canlı açılışının tam versiyasını da məhz ATV kanalında izləyə bildi. ATV XƏBƏR isə günboyu festivalla qatılan qonaqlarla bərabər milli yaylaqda yaşananları çatdırdı.

Miskinli-Düzyurd yaylağında keçirilən ilk Milli Yaylaq Festivalı 28 iyula qədər davam edəcək. Gələcəkdə isə Milli Yaylaq Festivalının keçirilməsi ənənə halını alacaq.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600