“Audi” 600 mindən çox avtomobili geri çağırır

media-hightechnic-468x90

“Audi” şirkəti emissiya problemləri ilə əlaqədar dünya üzrə 604 min 543 avtomobili iki kampaniya çərçivəsində geri çağırır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, birinci və daha böyük geri çağırma kampaniyası Federal Avtomobil Nəqliyyatı İdarəsi (KBA) tərəfindən siyahıya alınan 342 min 179 avtomobili əhatə edir. 2005-2010-cu illər istehsalı olan A4, A6 və A8 model avtomobillərin 128 min 959-u Almaniyadadır.

KBA-nın məlumatına görə, həmin avtomobillərdə emissiyaya nəzarət sistemində yaranan problemlərin aradan qaldırılması üçün mühərrikin proqram təminatının yenilənməsi nəzərdə tutulur.

İkinci geri çağırma isə 2010-2017-ci illərdə istehsal olunan 262 min 264 ədəd A4, A5, A6, A7, A8, Q5 və Q7 model avtomobilləri əhatə edir. Bu avtomobillərin isə 50 min 713-ü Almaniyadadır. Həmin avtomobillərdə işlənmiş qazın təkrar dövriyyəsi səviyyəsinin normalara uyğun gəlmədiyi bildirilir./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05