“Audi R8” yalnız ABŞ-da

media-hightechnic-468x90

Au“Audi” şirkəti avtomobil “R8”-in xüsusi versiyasını təqdim etdi. Sportkar “R8 Competition” adlanacaq və məhdud tirajla buraxılacaq. Satışa cəmi 60 sportkar çıxarılacaq və onları yalnız ABŞ-da əldə etmək olacaq. Yeniliyin rəsmi debütü Los-Aceles avtoşousunda keçiriləcək.

Konsernin təmsilçilərinin sözlərinə görə, sportkar “R8 Competition” şirkətin ən güclü seriya avtomobilidir. Yeniliyin kapotunun altnda 5,2 litrlik V10 mühərriki yerləşir.

Mühərrikin gücü 570 a.g.-dən çoxdur. Güc qurğusu iki muftası olan yeddipilləli S Tronic sürət qutusu ilə birlikdə işləyir. Avtomobil ilk “yüzə” 3,2 saniyəyə sürətlənir. Sportkarın maksimal sürəti – 320 km/saatdır.

“Audi”-də yeniliyi çox yüngül sportkar adlandırırlar. Buna “R8 Competition”-nun yaradılmasında karbon lifindən aktiv istifadə sayəsində nail olunmuşdur. Avtomobilin xarici görünüşü model “ultra R8 LMS”-i xatırladır.

(topnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600