!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Audiovizual media: normalar, reallıqlar və çağırışlar" adlı dəyirmi masa keçirildi - FOTO

!Reklam – Yazi

Bu gün Audiovizual Şuranın inzibati binasında onlayn media subyektləri üçün “Audiovizual media: normalar, reallıqlar və çağırışlar” adlı dəyirmi masa keçirilib.

Yenicag.az xəbər verir ki, 22 onlayn media subyektinin dəvət olunduğu tədbirdə Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov, Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov, Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev və Medianın İnkişafı Agentliyinin nümayəndəsi iştirak edib.

Tədbirin mahiyyətindən və məqsədindən danışan Fazil Novruzov Audiovizual Şura və onlayn media subyektləri arasında kommunikasiyaların genişləndirilməsinin vacibliyini xüsusi olaraq vurğulayıb. Aparat rəhbəri həmçinin qurumun telekanallarla bağlı aparılan monitorinqləri barədə media nümayəndələrinə məlumat verib.

Nemət Cavadov Şuranın fəaliyyəti, eyni zamanda “Media haqqında” qanunla nəzərdə tutulan sanksiyaların hansı hallarda tətbiq edilməsindən danışıb.

Əlavə olaraq tədbirdə Audiovizual Şuranın 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə özəl hazırladığı “Audiovizual mediada uşaq hüquqlarının qorunması” kitabı haqqında məlumat verilib.

Sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv