!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AVRO-2020: Bu gün ilk finalçı bəlli olacaq

!Reklam – Yazi

Bu gün futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə start veriləcək.

Yenicag.az-ın məlumatına görə, bu raundun hər iki görüşü İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.

İlk oyun günündə bir qarşılaşma baş tutacaq. Əvvəlcə turnirin əsas favoritlərindən ikisi – İtaliya və İspaniya yığmaları finala vəsiqə uğrunda meydana çıxacaqlar. Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı 60 mindən çox azarkeşin stadionda canlı izləyəcəyi gözlənilir.

Avropa çempionatı

Yarımfinal

23:00. İtaliya – İspaniya

Baş hakim: Feliks Brix (Almaniya)

London, “Uembli” stadionu

Qeyd edək ki, yarımfinalın digər görüşündə İngiltərə və Danimarka yığmaları qarşılaşacaq. Bu oyun iyulun 7-də gerçəkləşəcək.

www.yenicag.az

484
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv