!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AVRO-2020-nin biletlərinin qaytarılması prosesi başladı

!Reklam – Yazi

AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün bilet əldə edən azarkeşlər bu gündən etibarən pullarını geri ala bilərlər.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, bunun üçün qurumun saytında müvafiq prosedurları tamamlamaq lazımdır.

Daha əvvəl alınan biletlərin 2021-ci ildəki turnir üçün etibarlı olacağı vurğulanıb.

Qeyd edək ki, Avropa çempionatı 2021-ci il 11 iyun – 11 iyula təxirə salınıb. AVRO-2020-nin təqviminə əsasən, A qrupunun 3 (İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Qrupun digər oyunları isə Romada İtaliya yığmasının iştirakı ilə nəzərdə tutulub.

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv