Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

AVRO-2020: Türkiyə - Uels oyununda ikinci hissə başladı

Reklam: Sinerji Pro

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə – Uels oyununu bitib.

Bakı Olimpiya Stadionunda (BOS) keçirilən qarşılaşma Britaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yükunlaşıb.

Görüşdə ilk qol birinci hissənin sonlarında vurulub. 42-ci dəqiqədə Aaron Remsi qapıçısı Uğurcan Çakırla təkbətək dueldən qalib ayrılıb. 90+5-ci dəqiqədə isə C. Roberts fərqi iki topa çatdırıb.

BOS-dakı ilk matçda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən Uels yığması qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb. Romadakı açılış qarşılaşmasında İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyənin isə xalı yoxdur.

Qeyd edək ki, Türkiyə yığması iyunun 20-də Bakıda İsveçrə ilə qarşılaşacaq.

***

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə – Uels oyununda ikinci hissə başlayıb.

***

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə – Uels oyununda ilk hissə başa çatıb.

***

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə – Uels oyununda ilk qol vurulub.

42-ci dəqiqədə Uels yığmasının futbolçusu Remsi hesabı açıb – 1:0.

***

Futbol üzrə Avropa çempionatında A qrupunun II turunun Türkiyə – Uels oyunu başlayıb.

***

AVRO-2020-nin A qrupunun II turunda üz-üzə gələcək Türkiyə və Uels yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar…

Türkiyə: Uğurcan Çakır (GK), Zeki Çelik, Çağlar Söyüncü, Okay Yokuşlu, Ozan Tufan, Cengiz Ünder, Kenan Karaman, Hakan Çalhanoğlu, Umut Meraş, Burak Yılmaz (C) , Kaan Ayhan

Uels: Ward (GK) . Davies, Rodon , Allen , Ramsey, Bale (C), Moore, Roberts, Morrell, James, Mepham

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

www.yenicag.az

213
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100