Avropa birinciliyi başladı

media-hightechnic-468x90

66438 (1)Oktyabrın 18-də Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında boks üzrə Avropa birinciliyi başlayıb.

Yarışda 41 ölkədən 233 boksçusu mübarizə aparır.

Turnirdə milli komandamız baş məşqçi Şamil Alimzanov, məşqçilər Natiq Talıbov və İlham Alimzanovun rəhbərliyi altında tam heyətlə təmsil olunur.

Yığmamızın heyətində dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadə (52 kq), Yeniyetmələrin İkinci Olimpiya Oyunlarının iştirakçısı Məhəmmədəli Tahirov (91 kq-dan yuxarı) kimi təcrübəli boksçular vardır. Digər çəki dərəcələrində Elşən Abbasov (49 kq), Tayfur Əliyev (56 kq), Nurlan Nağıyev (60 kq), İsmayıl Hüseynov (64 kq), Roman Zakirov (69 kq), Şamil Əliyev (75 kq), Orxan Əliyev (81 kq) və Şükran Mehdiyev (91 kq) mübarizə aparacaqlar.

Yarışda ölkəmizi hakim kimi Emin Qurbanəliyev təmsil edir. Avropa birinciliyinə oktyabrın 25-də yekun vurulacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600