!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqı ölkələrindən İrana qarşı sanksiyalar QƏRARI

!Reklam – Yazi

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Rusiyaya pilotsuz uçuş aparatlarının təhvil verilməsi ilə bağlı İrana qarşı tətbiq etdikləri sanksiyaları genişləndirmək qərarına gəliblər.

Yenicag.az xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borel Lüksemburqda üzv ölkələrin xarici işlər və müdafiə nazirlərinin görüşündən sonra verdiyi açıqlamada İsrailə hücumundan sonra İrana qarşı yeni sanksiya qərarını açıqlayıb.

Aİ-nin İrana qarşı kütləvi qırğın silahlarının yayılması, insan haqlarının pozulması və Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükünə görə sanksiya proqramları var.

Xatırladaq ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusundan (SEPAH) 2-si general olmaqla, ümumilikdə 7 nəfər həlak olub.

İran bəyan etmişdi ki, İsrailin konsulluğuna hücum onun ölkə ərazisinə hücum deməkdir və onlar cavab verəcəklər.

İsrail də İranın hücumlarına cavab verəcəyini bəyan edib.

İran aprelin 13-də yüzlərlə kamikadze pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərlə İsrailə hücum edib.

İran bəzi hədəflərin vurulduğunu, İsrail isə əksər hücumların qarşısının hava hücumundan müdafiə sistemləri tərəfindən alındığını, lakin raketin cənubdakı hərbi bazaya düşdüyünü açıqlayıb.

Daha sonra Aİ hücumları pisləyib və bəzi Aİ ölkələri İran səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb.

COP29

www.yenicag.az

134
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv