Avropa Liqası: “Qarabağ”– “Monako” – 1:1
Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində IV turun oyunları keçirilir.
Azərbaycan çempionu “Qarabağ” öz meydanında “Monako” ilə qarşılaşıb.
Qurban Qurbanovun yetirmələri iki həftə əvvəl səfərdə aldığı (0:1) məğlubiyyətin əvəzini bu dəfə də çıxa bilməyiblər.
Oyuna yaxşı başlayan ağdamlılar bir neçə əlverişli vəziyyəti boşa versə də, 40-cı dəqiqədə hesabı aça biliblər. Armenteros Rəşad Sadıqovun əla ötürməsini tək toxunuşla tora qovuşdurub. İkinci hissədə də üstün oynayan çempionumuz bir neçə epizodda fərqi artırmağa yaxın olsa da son anda qeyri-dəqiqlik buna əngəl olub.
Qonaqlar isə 70-ci dəqiqədə cavab qolunu vurmağa müyəssər olublar. Qalan dəqiqələrdə başqa qol olmayınca, oyun 1:1 hesablı bərabərliklə başa çatıb(APA)
Avropa Liqası
Qrup mərhələsi, IV tur
5 noyabr
J qrupu
“Qarabağ” (Azərbaycan) – “Monako” (Fransa) – 1:1
Qollar: Armenteros, 40 – Kavalyero, 70