Avropa Liqasında qrup mərhələsinə start verilib.
Yenicag.az xəbər verir ki, ilk turda 12 qrup üzrə 24 qarşılaşma baş tutub.
Türkiyə təmsilçilərindən “Başakşəhər” öz meydanında Bolqarıstan çempionu “Ludoqorets”lə qarşılaşıb. Bu oyunda hesab açılmayıb. “Konyaspor” isə səfərdə Marsel “Olimpik”inin (Fransa) qonağı olub və minimal hesablı məğlubiyyətlə üzləşib.
Yenidən avrokuboklara qayıdan “Milan” səfərdə “Austria”nın qonağı olub və böyük hesabla qalib gəlib.
Bu mövsüm Çempionlar Liqasından kənarda qalan London “Arsenal”ı öz meydanında “Köln”lə üz-üzə gəlib. Almaniyalı azarkeşlərin İngiltərə paytaxtında iğtişaşlara səbəb olması ucbatından bir saat gec start götürən qarşılaşmada meydan sahibləri əzmkar qələbəyə seviniblər.
UEFA Avropa Liqası
Qrup mərhələsi
14 sentyabr
A qrupu
“Slaviya” (Çexiya) – “Makkabi” (Təl Əviv, İsrail) 1:0
Qol: Neçid, 12.
“Vilyareal” (İspaniya) – “Astana” (Qazaxıstan) 3:1
Qol: Sansone, 16. Bakambu, 75. Çerışev, 77 – Logvinenko, 68.
B qrupu
“Yanq Boyz” (İsveçrə) – “Partizan” (Serbiya) 1:1
Qol: Fassnaxt, 14 – Yankoviç, 11.
“Dinamo” (Kiyev, Ukrayna) – “Skenderbeu” (Albaniya) 3:1
Qol: Sudorçuk, 47. Moraes, 49. Mbokani, 65-pen. – Muzaka, 39.
C qrupu
“Başakşəhər” (Türkiyə) – “Ludoqorets” (Bolqarıstan) 0:0
“Hoffenhaym” (Almaniya) – “Braqa” (Portuqaliya) 1:2
Qol: Vaqner, 24 – J.Karlos, 45. D.Souza, 50.
D qrupu
“Austria” (Avstriya) – “Milan” (İtaliya) 1:5
Qollar: Borkoviç, 47 – H.Çalhanoğlu, 7. A.Silva, 10; 20; 56. Suso, 63.
“Riyeka” (Xorvatiya) – AEK (Yunanıstan) 1:2
Qol: Elez, 29 – Mantalos, 16 – Kristodolopulos, 62.
E qrupu
“Apollon” (Kipr) – “Olimpik” (Lion, Fransa) 1:1
Qol: Korpa, 90 – Depay, 53-pen.
“Atalanta” (İtaliya) – “Everton” (İngiıtərə) 3:0
Qol: Masiello, 27. A.Qomeş, 41. Kristante, 44.
F qrupu
“Kopenhagen” (Danimarka) – “Lokomotiv” (Rusiya) 0:0
“Jilina” (Slovakiya) – “Şerif” (Moldova) 0:0
G qrupu
“Styaua” (Rumıniya) – “Viktoriya” (Çexiya) 3:0
Qol: Budesku, 21; 44. Alibek, 73.
“Hapoel” (Beer Şeva, İsrail) – “Luqano” (İsveçrə) 2:1
Qol: Aynbinder, 2. Tzedek, 59 – Tzedek, 67-öz qapısına.
H qrupu
“Srvena Zvezda” (Serbiya) – BATE (Belarus) 1:1
Qol: Radonyiç, 54 (1:0), Siqneviç, 72 (1:1)
“Arsenal” (İngiltərə) – “Köln” (Almaniya) 3:1
Qol: Kolasinaç, 49. A.Sançes, 67, Belyerin, 82 – Kordoba, 9.
İ qrupu
“Olimpik” (Marsel, Fransa) – “Konyaspor” (Türkiyə) 1:0
Qol: Rami, 48.
“Gimaraynş” (Portuqaliya) – “Zalsburq” (Avstriya) 1:1
Qol: Pedrao, 25 – Berişa, 45.
J qrupu
“Zarya” (Ukrayna) – “Ostersun” (İsveç) 0:2
Qol: Qoddos, 50. Qero, 90+4.
“Herta” (Almaniya) – “Atletik” (İspaniya) 0:0
K qrupu
“Vitess” (Hollandiya) – “Latsio” (İtaliya) 2:3
Qol: Matavz, 33. Linssen, 57 – Parolo, 51. İmmobile, 67. Murgia, 75.
“Sulte Varegem” (Belçika) – “Nitsa” (Fransa) 1:5
Qol: Leya, 46 – Plea, 16; 20. Dante, 29. Sent Maksimin, 69. Balotelli, 74.
L qrupu
“Real Soseydad” (İspaniya) – “Rusenborq” (Norveç) 4:0
Qol: Lyorente, 9; 77. Zurutuza, 10. Skyelvik, 41-öz qapısına.
“Vardar” (Makedoniya) – “Zenit” (Rusiya) 0:5
Qol: Kokorin, 5; 20. Dzyuba, 39. İvanoviç, 66. Riqoni, 89.
www.yenicag.az