Avropa Məhkəməsinə qadın sədrlik edəcək - İlk dəfə / FOTO
Avropa İnsan Hüquqları Məhkəməsinə yeni prezident qadın seçilib.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2022-ci ilin yanvarından etibarən vitse-prezident olan irlandiyalı hakim Siofra O’Liri məhkəmənin yeni Prezidenti seçilib.
Avropa İnsan Hüquqları Məhkəməsinin ilk qadın rəhbəri olan xanım bu vəzifədə islandiyalı Robert Spanonu əvəzləyəcək.
O, vəzifəsinin icrasına 2022-ci il noyabrın 1-dən başlayacaq.