Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Avropa Ordusunun yaradılması ABŞ-ın qlobal hegemonluğuna son qoyacaq” – Süleyman Erdem

Reklam: Sinerji Pro

“Türkiyə gələcəkdə Avropa və İslam aləmində gedəcək geosiyasi proseslərin əsas favoritlərindən biri olacaq”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Fransa prezidenti Emmanuel Makronun Avropa Ordusunun qurulması təşəbbüsünün mümkün nəticələrini dəyərləndirən Türkiyə Sahibqıran Strateji Araşdırmalar Mərkəzinin (SASAM) direktoru Süleyman Erdem deyib.

Süleyman Erdemin fikrincə, Avropa Ordusu ideyasının meydana gəlməsi “köhnə dünya” ölkələrinin Rusiya təhdidinə qarşı effektli müdafiə niyyətindən qaynaqlanır:

“Avropa Ordusu ideyası Vaşinqtonun “köhnə dünya”dakı və ümumiyyətlə, geosiyasi arenadakı maraqlarına ziddir. Axı Makron açıq şəkildə bildirdi ki, Avropa Ordusu ideyası Rusiyadan müdafiə olunmaq və ABŞ-ın hərbi asılılığından çıxmaq məqsədi daşıyır.

Trampın bu ideyaya sərt reaksiyası da göstərir ki, Avropa Ordusunun yaradılması ABŞ-ın mənafelərinə qətiyyən uyğun deyil. Tramp hətta sosial şəbəkədə bu ideyanı “demaqogiya” adlandıraraq, Avropa ölkələrinin vahid ordu qurmaqdansa, NATO-ya “borc”larını ödəməli olduqlarını deyib.

Mən hesab etmirəm ki, NATO artıq Avropa İttifaqını bezdirib. Çünki NATO-nun “çətir”i Avropanı, o cümlədən də Türkiyəni etibarlı surətdə qoruyur. Ancaq Trampın nataraz siyasəti ucbatından Avropada belə düşünürlər ki, ABŞ-ın hərbi asılılığında qalmaq artıq risklidir. Rusiyanın Gürcüstan və Ukraynadakı sərt hərbi əməliyyatlarından sonra Avropa özünü təhlükəsizlikdə hiss etmir.

Bəli, Parisdə dövlət başçıları ilə medianın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsiyyətinə yönəlik böyük marağı ondan xəbər verir ki, qlobal siyasətdə və geoiqtisadiyyatda ağırlıq mərkəzləri dəyişməkdədir. Müxtəlif ölkələrdə radikal qüvvələrin hakimiyyətə gəlişi dünya nizamının tədricən dəyişməsinə yol açır.

Əgər Avropa Ordusu yaradılarsa, ABŞ ordusu “köhnə dünya”nı tərk etməli olacaq, bu isə Vaşinqtonun dünyadakı mövqelərinin zəifləməsinə gətirib çıxaracaq. Həqiqətən, ABŞ artıq öz siyasətinə nəzarəti itirməkdədir və bu durum bütün dünyada sarsıntılara səbəb olacaq.

Bütün bu proseslərin fonunda isə güclü orduya və iqtisadiyyata malik olan Türkiyənin regional ölkə kimi əhəmiyyəti artır. Ərdoğanın şəxsiyyətinə və Türkiyəyə marağın artması da bu proseslərlə bağlıdır. Fikrimcə, Türkiyə gələcəkdə Avropa və İslam aləmində gedəcək gosiyasi proseslərin əsas favoritlərindən biri olacaq”.

Qafqaz Ömərov

Loading...

www.yenicag.az

3546
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100