Avropa Oyunlarına qoyulan milyonlar geri dönəcəkmi? – İqtisadçılar fərqli düşünürlər

media-hightechnic-468x90

скачанные файлыÜmumilikdə isə müstəqil ekspertlər hesab edirlər ki, birinci Avropa Oyunlarının keçirilməsinə 6-8 milyard dollar xərclənib. Rəsmilər bu rəqəmin şişirdildiyini, Oyunlara 1 mlrd. manatdan bir qədər çox vəsait xərcləndiyini bildirirlər.

Maraqlı olan odur ki, Avropa Oyunları üçün qoyulan xərcin müqabilində ölkəmiz burdan gəlir əldə edəcəkmi?

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov sualımızı belə şərh etdi: “Birinci Avropa Olimpiadiya Oyunları adındandan da bəlli olduğu kimi ilk dəfədir həyata keçirilir. 2012-ci ilin dekabrın 8-də İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi və bunun da məhz Bakı şəhərində təşkil olunması haqda qərar qəbul edilməsi böyük etimad idi. Ölkəmizin ev sahibliyini həyata keçirməsi üçün tələb olunan hazırlıq işlərinə olduqca az vaxtı var idi. Odur ki, Azərbaycanın bu sahədə xərclərinin çox olması qaçılmaz sayılırdı.”.

 

Ekspert əlavə edib ki, sözügedən yarışlar Avropanın bizdə deyil, hər hansı bir yüksək inkişaf etmiş ölkəsində keçirilsə idi, onlarda tələb olunan müvafiq infrastruktur artıq mövcud olduğundan xərclər bizdəkindən 50 %-dən də aşağı təşkil edəcəkdi.

“O ki qaldı “Bakı-2015”-ə nə qədər vəsait xərclənməsi məsələsinə, təkcə bu ilin dövlət büdcəsindən sözügedən tədbirlə əlaqədar keçən ildəkindən 400 milyon manat çox – 1 milyard 336 milyon manat vəsait ayrılmışdır ki, bu haqda 2015-ci ilin dövlət büdcəsi haqda qanunun tədbiq olunması barədə ölkə başçısının Fərmanında aydın göstərilib. Keçən ilin eyni adlı sənədində isə bu rəqəm 1 milyard manat təşkil edirdi. 2013-cü ilin dövlət büdcəsində isə bu haqda məlumat yox idi. Çünki Avropa Olimpiya Komitəsi 41-ci Baş Assambleyasında Avropa Oyunlarını Bakıda keçirmək haqda qərar qəbul edən zaman növbəti ilin dövlət büdcəsi artıq qəbul olunmuşdu. Lakin, hazırlıq işlərinə 2013-cü ildən etibarən başlandığından, təqribən, 40-50 milyon vəsait xərclənmişdi. Deməli, təkcə son 2 ili nəzərə alsaq təxminən, 2,5 milyard manat dövlət vəsaiti xərclənmişdir. Məsələ bundadır ki, bütün bu xərclərin həyata keçirilməsi nəticəsində görülən işlər və nəticə göz qabağındadır. Məsələn, təkcə Bakıda tikilmiş 68000 tamaşaçı tutumu olan futbol stadionu götürsək, bu, Avropada ən müasir idman infrastrukturlarından sayılır. Bu mənada, sözügedən tikilinin verəcəyi səmərəni konkret olaraq məhz Avropa Oyunlarına bağlamaq və bundan gözləmək sadəlöhvlük olardı. Bu kimi infrastruktur obyektlərin verəcəyi səmərə təkcə, qarşıdakı tədbirə hesablanmayıb”-deyə Pərviz Heydərov sözlərinə əlavə edib.

“Avropa Oyunları üçün inşa edilən bütün bu tikililər, standionlar – infrastruktur digər yarışlar üçün, həmçinin Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi zamanı istifadə olunacaq ki, bu da gələcəkdə digər oyunların və yarışların da təşkilinə imkan yaratmaqla, növbəti tədbirlərin də təşkili məqsədilə Azərbaycana cüzi xərclər çəkmək lazım gələcəyi deməkdir”.

“Bu mənada, ölkəmizin bu yarışlardan əsas qazancı bəlkə də məhz yeni infrastrukturun yaradılması ilə bağlıdır desək, yanılmarıq. Belə ki, bu gün inşa edilən hər bir idman obyekti və hotellər sonrakı dövrdə qlobal və beynəlxalq yarışların keçirilməsi üçün istifadə ediləcək ki, 2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının yarımfinalının və digər beynəlxalq oyunların keçirilməsinə qərarı verildiyindən, bu o deməkdir ki, artıq, xərcləri gəlirlərlə müqayisə etməyə lüzum qalmayacaq. Çünki növbəti mərhələdə ciddi xərcləmələr olmadan digər beynəlxalq oyunları təşkil etmək asan olacaq”-həmçinin ekspert bildirib.

Sonda Pərviz Heydərov fikrini belə yekunlaşdırıb:

“Avropa Oyunları Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük töhvə verəcək… Buraya daxildir: turizm, xidmət sektoru, bank xidməti, rabitə, ticarət və sair. Bütün bunlar isə son nəticədə yuxarıda da qeyd etdiyimiz kimi ÜDM-in artması ilə, ölkə iqtisadiyyatında hökumətin həyata keçirməkdə olduğu şaxələndirmənin daha da sürətlənməsi və dərinləşməsiylə nəticələnəcək. Ancaq, hər bir sfera üzrə konkret nə qədər gəlir götürüləcəyini indidən dəqiq söyləmək çətindir və başqa sözlə desək, mümkün deyil.Avropa Oyunlarının Azərbaycanda keçirilməsi nəticəsində taktiki və cari deyil, starteji xarakterli iqtisadi səmərə daha çox olacaqdır ki, bunu da əyani olaraq, daha çox məhz sonrakı illər ərzində hiss edəcəyik. Avropa Oyunları bir sirk və teatr tamaşası, o cümlədən bu və ya digər konsert proqramı deyil ki, sadəcə, 600 min bilet satışı ilə öz xərcini dərhal ödəsin və qoyulan xərclər də artıqlaması ilə geri qayıtsın… Bu, Azərbaycanın gələcəyi üçün çox böyük dividentlər vəd edən bir tədbirdir və xərcləri də nəinki havayı getməyəcək, hissə-hissə artıqlamasıyla geri qayıdacaq”.

İqtisadçı ekspert Qubad İbadoğlu isə bildirir ki, bu tədbirdən əldə edilən gəlirləri bibaşa və dolayı, eləcə də qısa müddətli və uzun ümddətli olmaqla qruplaşdımaq olar.

“Birbaşa qazanclar bilet satışından və reklamların yerləşdirilməsinə görə xidmətlərdən, eləcə də yayım hüququnun satışından və nəhayət, oyunlarla bağlı təşviq materiallarının, suvenirlərin satışından əldə edilə bilər. Dolayı xərclərə isə Bakıya gələn idmançıların və turistlərin xərcləmələri daxildir. Bunlar hamısı qısamüddətli effekt verən gəlirlərdir. Turizm ilə bağlı Azərbaycanın tanıdılmasını isə uzunmüddətli effekt verən gəlirlərə daxil etmək olar”-deyə ekspert sözlərinə lavə edib.

Digər iqtisadçı ekspert Natiq Cəfərli isə tamamən fərqli düşünür. Onun fikrinə görə tək açılışa xərclənən 100 mln. dollar belə geri dönməyəcək.

 

 

 

 

Kamran Ədalətoğlu

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600